Rusiya vətəndaşları Türkiyəyə ölkədaxili pasportla səfər edə biləcəklər
29.09.2016 615 0.0 0

Rusiya ilə Türkiyə arasında gediş-gəliş prosedurunun asanlaşdırılmasına dair saziş hazırlanır.

 

İsrail mətbuatına istinadən verilən məlumata görə, Antalya Ticarət-Sənaye Palatasının təşəbbüsünə əsasən, Rusiya vətəndaşları xarici pasport olmadan Türkiyəyə səfər edə biləcəklər.

 

Yəni, səfərlər üçün Rusiya daxilində istifadə olunan pasport (şəxsiyyət vəsiqəsi) kifayət edəcək.

 

Türkiyənin turizm zonalarında fəaliyyət göstərən alış-veriş mərkəzlərinin üzərinə rus rublu qəbul etməyə öhdəlik qoyula bilər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar