Rusiya və İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub
20.01.2017 665 0.0 0

Rusiya və İran arasında nüvə energetikası sahəsində  əməkdaşlığın genişləndirilməsi barədə memorandumun reallaşdırılmasına dair yol xəritəsi imzalanıb.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Rusiyanın “Rosatom”  dövlət korporasiyasından  bildirilib.

 

Yol xəritəsi Moskvada “Rosatom”un baş direktorunun müavini Nikolay Spasski və İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti Bəhruz Kamalvəndi tərəfindən imzalanıb.

 

Memorandumun özü 2014-cü ilin noyabrın 11-də Moskvada imzalanıb.

 

Qeyd edək ki, “Rosatom” İranda bir neçə yeni layihə reallaşdırmaq niyyətindədir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar