Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər
21.11.2017 841 0.0 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Edvard Nalbandyan ilə danışıqlar aparıb.

TASS-a istinadən xəbər verilir ki, görüş mətbuata qapalı formatda keçib.

Danışıqların gündəliyində ikitərəfli əməkdaşlıq, Avrasiya İqtisadi Birliyi, KTMT və MDB xətti ilə xarici siyasət üzrə qarşılıqlı münasibətlər, BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) çərçivəsində mövqelərin koordinasiyası məsələləri yer alıb.

Diplomatik nümayəndəliklərin rəhbərləri regionda təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar