Rusiya və Almaniya liderləri diplomatik gərginliyi müzakirə edə bilər
21.12.2021 261 0.0 0

Kreml Rusiya Prezidenti Vladimir Putinin diplomatların ölkədən çıxarılması ilə bağlı vəziyyəti Almaniya kansleri Olaf Şoltsla müzakirə edəcəyinə ümid edir.

TASS-a istinadən verilən xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü Rusiya Prezidentinin Almaniya Kansleri ilə vəziyyəti müzakirə etməyi planlaşdırıb-planlaşdırmadığ barədə sualı da cavablandırıb.

“Ümid edirik ki, bu təmaslar nəticə verəcək”, - Peskov qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Rusiya Almaniyanın Moskvadakı səfirliyinin iki diplomatik əməkdaşını “persona non-qrata” elan edib. Rusiya XİN bu addımı Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin qətli ilə bağlı Berlin Ali Məhkəməsinin hökmündən sonra Almaniyanın iki rus diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq atdığını bildirib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar