Rusiya Ukraynaya nota verib
17.09.2016 660 0.0 0

Rusiyanın Kiyevdəki səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası verib.

 

RİA "Novosti" agentliyinə istinadən verilən məlumata görə, notada sentyabrın 17-də gecə Rusiyanın Kiyevdəki səfirliyinə hücumla bağlı araşdırma aparılması və diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması tələb olunur.

 

Qeyd edək ki, Rusiyanın Kiyevdəki səfirliyi sentyabrın 17-də gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

 

Məlumata görə, 20-dək naməlum şəxs diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıb.

 

Hadisə nəticəsində zərərçəkən olmayıb, binaya da ciddi ziyan dəyməyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar