Rusiya Ukraynadakı müharibədəki itkilərinin və yaralılarının sayını açıqlayıb
02.03.2022 442 0.0 0

Rusiya Ukraynadakı müharibədəki itkilərinin və yaralılarının sayını açıqlayıb.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, müharibə zamanı 498 rus hərbçinin həlak olduğu, 1 597 nəfərin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ukraynalılar arasında ölənlərin sayı 2 870 nəfərdən çoxdur, yaralıların sayı isə 3 700 nəfərə yaxındır.

"Yalnız təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarının əsir götürülən hərbçilərinin sayı 572 nəfərdir", - xəbərdə deyilir.

Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbçiləri Popovo, Novqorovka, Novomixaylovka, Lyubimovka yaşayış məntəqələrini ələ keçirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar