Rusiya Suriyada «S-300» zenit-raket komplekslərini yerləşdirdiyini təsdiqləyib
05.10.2016 530 0.0 0

Rusiya Suriyaya “S-300” zenit-raket komplekslərindən ibarət batareya yerləşdirdiyini təsdiqləyib  
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.
 
Onun sözlərinə görə, batareyanın vəzifəsi Tartusdakı hərbi-dəniz bazasının və sahilə yaxın zonadakı Rusiya hərbi gəmilərinin təhlükəsizliyini təmin etməkdir.
 
“Xatırladım ki, “S-300” zenit-raket kompleksi istisna olaraq müdafiə sistemidir və heç kimə heç bir təhlükə yaratmır”, - deyə o bildirib. 
 
Qeyd edək ki, ABŞ-ın “Fox News" telekanalı bundan əvvəl hərbi mənbələrinə istinadən bildirib ki,  Rusiya Suriyada ilk dəfə olaraq "Antey-2500" S-300B4 (NATO təsnifatına görə SA-23 Gladiator) qabaqcıl hava hücumundan müdafiə sistemi yerləşdirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar