Rusiya sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıb
06.01.2022 278 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

Qazaxıstana göndərilmiş sülhməramlı qüvvələrin tərkibindəki Rusiya bölmələri tapşırıqların icrasına başlayıb.

Məlumata görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bildirib.

Qeyd olunub ki, kollektiv qüvvələrin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan Silahlı Qüvvələrinin bölmələri daxildir. Sülhməramlı qüvvələrin əsas tapşırıqları dövlət və hərbi obyektlərin qorunması, vəziyyətin sabitləşməsində kömək göstərilməsi olacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar