Rusiya silahlı dəstə yaratmaqda təqsirləndirilən azərbaycanlı axtarışa verilıb
25.02.2016 629 0.0 0

Rusiya hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.
Məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1992-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində doğulmuş Vüsal Bədəlov qanunsuz silahlı dəstənin yaradılmasında iştirakda təqsirləndirilir.
 
V. Bədəlov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
 
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar