Rusiya səfirini öldürən şəxs kimsəsizlər qəbiristanlığında dəfn ediləcək
12.01.2017 697 0.0 0

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən Mövlud Mert Altıntaş kimsəsizlər qəbiristanlığında dəfn ediləcək.
 
“Hurriyyet”ə istinadən verilən  məlumata görə, artıq Türkiyə Ədliyyə Nazirliyi müvafiq işlərin başlanması ilə bağlı qərar verib.
 
Məlumata görə, terrorçunun yaxınlarına cənazənin götürülməsi üçün verilən 15  gündən çox vaxt keçsə də, Altıntaşın heç bir qohumu ona yiyə durmayıb. Terrorçunun meyiti 24 gün morqda  qalıb.
 
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən öldürülüb./apa/

 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar