Rusiya S-300 sistemini İrana göndərib
05.12.2016 666 0.0 0

Rusiya S-300 havadan müdafiə sistemlərinin bütün hissələrinin İrana göndərilməsini başa çatdırıb. Qazeta.info Trend-ə istinadən verdiyi məlumata görə, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin mətbuat katibi Hüseyn Nəqavi-Hüseyni deyib.

Onun sözlərinə görə, ləngiməyə baxmayaraq sistem artıq İrana təhvil verilib və hazırda mütəxəssislər onun texnoloji aspektlərini tədqiq edir.

Nəqavi-Hüseyni qeyd edib ki, müqavilənin icrasında ləngimələr müşahidə olunsa da, Tehran və Moskva arasında münasibətlər yüksək səviyyədədir və bu amilin mənfi təsiri qeydə alınmayacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar