Rusiya qoşunu Azərbaycana qayıdır (FOTO)
17.08.2015 2276 0.0 0

Rusiya 2017-ci ildə Azərbaycanda yeni hərbi baza tikməyi planlaşdırır.

Məlumata görə, bu barədə Rusiyanın “Zvezda” telekanalı bildirir.

Telekanalın yaydığı xəbərə görə, Rusiya tərəfi planlaşdırıb ki, 2017-ci ildə Qəbələ RLS-in əvəzində "Voronej” RLS-in tikintisinə başlanılsın.

Ümumiyyətlə, rəsmi Kreml Rusiyanın müxtəlif bölgələrində "Voronej” RLS-in təkmilləşdirməyə başlayıb

Xəbərdə bildirilir ki, Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” RLS-in əvəzinə tikilməsi planlaşdırılan "Voronej” RLS Rusiyanın tabeçiliyində olacaq. Bu isə Armavirdəki RLS-in nəzarət edə bilmədiyi sahələri də diqqətdə saxlanılmasına imkan verəcək.


Rusiyada yerləşən "Voronej" stansiyası

"Voronej" stansiyası ballistik, qanadlı raketlərin və digər obyektləri aşkar etməkdə ən güclü hesab edilən RLS-lərdəndir. Stansiya rahat şəkildə 6 kilometr horizontal, 8 kilometr vertikal ərazini rahat şəkildə izləyə bilir. Bununla yanaşı 500 hava obyektinə nəzarət edə bilmə qabiliyyətindədir.

Leninqrad vilayətində yerləşən "Voronej" stansiyası Şpitsbergendən Mərakeşə qədər ərazini və ABŞ-ın şərq sahillərini nəzarət edə bilir. Armavirdəki RLS isə Cənubi Avropadan Şimali Afrikaya qədər ərazini izləyə bilir.


"Voronej" stansiyası 500 hava obyektinə nəzarət edə bilir.

Xatırladaq ki, Qəbələdəki “Daryal” tipli RLS-in icarə müddəti 2012-ci ilin dekabrında bitib. Azərbaycan və Rusiya arasında stansiyanın icarə müddətinin uzadılmasına dair xeyli müddət danışıqlar aparılsa da tərəflər razılaşmaya gələ bilməmişdi. Nəticədə Moskva Qəbələ RLS-i bağlamaq və stansiyadan imtina etmək qərarına gəldi.

Keçmiş Qəbələ RLS-in əmlakı və ərazisi Azərbaycan Silahlı Qüvvələrinin balansına yox, Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub.

"Rossiya 24" telekanalına müsahibə verən prezident İlham Əliyev Qəbələ RLS-i bağlanmasına münasibət bildirmişdi. 

Prezident bəyan etmişdi ki, Qəbələ RLS məsələsi Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərində heç bir narahatlıq yaratmayıb və yaratmır./anspress/

Qəbələ RLS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar