Rusiya Qarabağa ordu yeridir
11.05.2015 892 0.0 0

Ruslar yenə də Qarabağa ordu yeritməyə cəhd edəcəklər. 

Məlumata görə, bu barədə erməni politoloq Armen Qriqoryan bildirib. 

21-22 mayda Riqada keçirilən Şərq tərəfdaşlığı sammitindən sonra Ermənistan və Azərbayjan təmsilçilərinin görüşəcəyindən bəhs edən Qriqoryan ümidsiz danışıb: “Hətta Riqada hansısa sənəd imzalanacaqsa, bunu şişirtməmək lazım deyil, çünki Rusiyadan asılılıq hələ də yüksəkdir”. 

Onun fikrincə, Moskva istənilən yolla Qarabağa ordu yeritməyə cəhd edəcək: “Moskva Ermənistanın ABŞ və Avropa Birliyi ilə münasibətlər qurmasına qarşı təzyiqləri artıracaq. Bu təzyiqin vasitəsi ilə Rusiya növbəti dəfə regiona “sülhməramlılar” yeridə bilər". /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar