Rusiya prezidentinə qarşı sanksiya tətbiq olunması təklif edilib
09.03.2016 483 0.0 0

Avropa Parlamentinin üzvləri Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyanın tətbiqi ilə bağlı Avropa Komissiyasına məktubla müraciət ediblər.
Azadlıq radiosu”na istinadən verilən məlumata görə, onlar Rusiya prezidenti və daha 28 nəfərə ukraynalı pilot Nadejda Savçenkonun qanunsuz saxlanılması ilə bağlı sanksiyaların tətbiq edilməsini istəyiblər.
 
Deputatlar rusiyalı məmurların və Ukraynanın cənub-şərqindəki Rusiyaya meylli üsyançıların N. Savçenkonun oğurlanması ilə bağlı siyasi qərarın verilməsində və ona qarşı ittihamların irəli sürülməsində məsuliyyət daşıdıqlarını bildiriblər. 57 deputatın imzaladığı məktubda Putinlə yanaşı Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun, Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkovun və özünü “Luqansk Xalq Respublikası”nın rəhbəri elan etmiş İqor Plotnitskinin adları yer alıb. Parlamentarilərin fikrincə, həmin şəxslərin Avropa İttifaqı ölkələrinin ərazisinə daxil olmasını qadağan edilməli və Avropada onlar məxsus mülkiyyəti müsadirə olunmalıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar