Rusiya prezidenti Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
05.12.2019 106 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rusiya Prezidenti Vladimir Putin Serbiya Prezidenti Aleksandr Vuçiçə şahzadə və Serbiya kralı Milan Obrenoviçə məxsus silahı hədiyyə edib.

RİA Novosti-yə istinadən xəbər verilir ki, hədiyyələrin içərisində həmçinin Soçi yaxınlığında istehsal olunan şərab da var.

“Rusiya bu il beynəlxalq auksionda satın aldığı Milan Obrenoviçin orijinal silahını mənə hədiyyə etdi. Putinin arzusu onu mənə vermək idi”.

Öz növbəsində Vuçiç İsa peyğəmbərin əksi olan ikonanı Putinə hədiyyə edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar