Rusiya prezidenti: Minsk razılaşmasının yerinə yetirilməsi üçün Kiyevə təsir etmək lazımdır
12.10.2016 505 0.0 0

“Donbas nümayəndələri ilə Kiyev hakimiyyəti arasında birbaşa əlaqə hələ də yoxdur”.

 

Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” forumunun plenar iclasında çıxışında bildirib.
Rusiya dövlət başçısı siyasi razılıq olmadan Ukraynanın cənub-şərqində vəziyyətin dəyişməyəcəyini söyləyib: “Minsk razılaşmasının yerinə yetirilməsi üçün hər şeydən öncə Kiyevə təsir etmək lazımdır. Əgər kimsə, Minsk razılaşmasının tələblərinin yerinə yetirilməsini həqiqətən istəyirsə, münaqişənin bütün tərəflərinə təsir etməlidir. İlk növbədə də Kiyev hakimiyyətinə. Anlamıram ki, bunu etməyə nə maneə olur”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar