Rusiya-OPEC danışıqlarının detalları məlum olub
28.10.2016 509 0.0 0

OPEC-ə üzv olan ölkələrin və Rusiyanın neft qurumlarının rəhbərlərinin görüşündə neft hasilatının həcmini 4 faiz azaltmaq təklif edilib.   

Məlumata görə, “Reuters” agentliyi iki mənbənin məlumatına istinadən bildirib ki, Rusiya hasilat həcmini yalnız hazırkı səviyyədə dondurmağa hazır olduğunu bildirib.  

 

Agentlik qeyd edir ki, OPEC-in 28-29 oktyabr tarixlərində Vyanada keçiriləcək toplantısında  neft hasilatının azaldılması təklifi rəsmi şəkildə nəzərdən keçirilə bilər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar