Rusiya Müdafiə nazirliyi Pentaqonun İŞİD-lə bağlı bəyanatına münasibət bildirib
07.12.2017 667 0.0 0

Rusiya Müdafiə nazirliyi Suriyada İŞİD-in məğlubiyyətinə şübhə ilə yanaşan Pentaqon nümayəndəsinin bəyanatına cavab verib.

 

Məlumata görə, bu barədə nazirliyin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.

 

“Pentaqon nümayəndəsinə xatırlatmaq istərdik ki, İŞİD qruplaşmasının yaranması, İraq ərazisinə ekspansiyası və Suriya ərazisinə keçməsi faktiki olaraq Pentaqonun fəaliyyətsizliyi nəticəsində baş tutub. Suriyada vəziyyəti sabitləşdirmək və İŞİD qruplaşmasını tam zərərsizləşdirmək Rusiyanın 2015-ci il, sentyabrın 30-dan etibarən həyata keçirdiyi hərbi əməliyyat sayəsində mümkün olub. Əgər söhbət İŞİD-in məğlub olunmadığından gedirsə, bu ABŞ-ın İraqda birbaşa məsuliyyət daşıdığı zonaya aiddir. Hansısa səbəblərdən illərlə başqasının gözündə tük axtaran ABŞ öz gözündə tiri görmür. Pentaqon nümayəndəsinin açıqlaması ABŞ hərbçilərinin qeyri-qanuni olaraq Suriyadan çıxmaması üçün bəhanədir”, bəyanatda vurğulanıb.

 

Qeyd edək ki, ötən gün Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Suriya ərazisinin İŞİD terror qruplaşması silahlılarından tam azad edildiyini bəyan edib. Bundan sonra  Pentaqon nümayəndəsi Erik Pehon adıçəkilən bəyanatı şübhə altına alıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar