Rusiya MN Türkiyə hava məkanının pozulmasına aydınlıq gətirib
05.10.2015 734 0.0 0

Rusiya Müdafiə Nazirliyi Türkiyə hava məkanının pozulması ilə bağlı insidenti şərh edib.
 
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, hadisəyə qeyri-sabit hava şəraiti səbəb olub.
 
“Belə halların qarşısını almaq üçün bütün zəruri tədbirlər görülüb”, məlumatda deyilir.
 
Qeyd edək ki, NATO və ABŞ-ın dövlət katibi Con Kerri Suriya-Türkiyə sərhədində baş vermiş insidentlə bağlı narahatlıqlarını ifadə edərək Rusiyadan izahat tələb ediblər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar