Rusiya MN: Suriyada `Cəbhət ən-Nüsra`nın 30-dək üzvü məhv edilib
17.11.2016 705 0.0 0

Rusiya təyyarələri Suriyada "Cəbhət ən-Nüsra" terrorçu qruplaşmasının mövqelərinə aviazərbələr endirib.

 

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat dünən axşam İdlib əyalətində həyata keçirilib.

 

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin “Admiral Kuznetsov” aviadaşıyıcıdan havaya qalxan Su-33 qırıcıları terrorçuların mövqelərinə zərbələr endirib. Nəticədə "Cəbhət ən-Nüsra"nın böyük qrupu məhv edilib. Bir neçə kəşfiyyat kanalı aviazərbə nəticəsində 30-a yaxın terrorçunun, o cümlədən məşhur səhra komandirləri Muhammad Xelala, Abu Caber Xarmuja və Abdul Baha Əl-Əsfarinin məhv edildiyini təsdiqləyib.

 

Rusiya MN rəsmisi qeyd edib ki, Abdul Baha Əl-Əsfari "Cəbhət ən-Nüsra"nın Hələb və Hamada qalmış ehtiyat qruplarına rəhbərlik edib, eləcə də Hələbdə növbəti terror hücumunun planlaşdırılmasına cavabdeh olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar