Rusiya MN-dən Ermənistandakı hərbi baza barədə açıqlama
16.08.2016 1246 0.0 0

“Rusiyanın Ermənistandakı hərbi bazası Qafqazda sabitliyin təminatçısıdır”.

 

TASS-a istinadən verilən məlumata görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Rusiya və Ermənistan müdafiə nazirləri arasında keçirilmiş görüşdən sonra deyib.

 

O bildirib ki, görüş zamanı Rusiyada Ermənistan silahlı qüvvələri üçün kadrların hazırlanması məsələsi müzakirə olunub: “Hazırda Rusiya Müdafiə Nazirliyinin 24 təhsil müəssisəsində 203 erməni hərbçi ödənişsiz təhsil alır. Bu il daha 211 hərbçi qəbul olunacaq”.

 

A. Antonov onu da qeyd edib ki, Rusiya və Ermənistan ordularından ibarət birləşmiş dəstənin yaradılması barədə razılaşmanın imzalanmasına hazırlıq yekunlaşmaq üzrədir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar