Rusiya məhkəməsi İŞİD-in tərkibində döyüşmüş azərbaycanlıya hökm oxuyub
14.09.2016 529 0.0 0

İŞİD-in tərkibində döyüşmüş azərbaycanlı Rusiyada həbs olunub.

 

"ng72.ru"-ya istinadən verilən məlumata görə, Rusiya vətəndaşı olan Altun Məmmədov 3 il müddətinə azadlıq məhrum edilib.

 

İstintaq müəyyən edib ki, Tümen sakini olan A. Məmmədov terrorçular tərəfindən ələ alınıb və 2013-cü ildə Türkiyəyə gedib.

 

Türkiyədə Suriya ərazisinə keçərək İŞİD-ə qoşulan A. Məmmədov terrorçuların bazasında əsirlərin mühafizəsi və digər işlərlə məşğul olub, hökumət qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak edib.

 

Daha sonra o, İŞİD-ə daxil olan digər qruplaşmaya - "Camaat əbu-Hənifə"-yə qoşulub.

 

Lakin bir müddət sonra qruplaşma daxilində silahlılar arasında münaqişə başlayıb və A. Məmmədov Türkiyəyə, oradan isə Gürcüstana qaçıb.

 

Gürcüstanda o, hüquq-mühafizə orqanlarından gizlənib.

 

Beynəlxalq axtarışda olan A. Məmmədov 2015-ci lilin avqustunda Gürcüstan-Azərbaycan sərhədini keçmək istəyərkən Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutulub.

 

Daha sonra o, Rusiyaya ekstradisiya olunub.

 

A. Məmmədov qeyri-qanunu silahlı dəstə yaratmaqda və tərkibində döyüşməkdə təqsirləndirilərək məhkum edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar