Rusiya kriptovalyutaların tənzimlənməsi konsepsiyasını təsdiq edib
08.02.2022 371 0.0 0

Rusiya rəqəmsal valyutaların tənzimlənməsi konsepsiyasını təsdiq edib. 

Qazeta.info  bu haqda Ria Novostiyə istinadən məlumat verir.
"Belə maliyyə aktivlərinin dövriyyəsi dövlət tərəfindən peşəkar bazarın bütün iştirakçıları üçün ciddi öhdəliklər qoyulmaqla və sadə investorların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilməklə tənzimlənəcək", - deyə məlumatda deyilir

Sənəd kriptovalyuta investorlarını təcrübəli və təcrübəsizlərə bölməyi təklif edir, təcrübəsizlər üçün isə əməliyyatlarda limitlər müəyyən ediləcək.

Rusiyada işləmək üçün xarici kriptovalyuta birjasının ölkədə nümayəndəliyi və milli rəqəmsal valyuta mübadiləsi sistemi ilə texniki inteqrasiyası olması qeyd edilir.

Sənəddə həmçinin qeyd olunur ki, belə saytlar rəqəmsal valyuta dövriyyəsi sisteminin təşkilatçısı ilə müştərinin hesabından başqa hesablara və elektron pul kisələrinə müştəri vəsaitini çıxara bilməyəcək.

 

Bundan başqa, kriptovalyuta-mübadilələr ofşor zonalara məxsus ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslər ola bilməz.
Mübadilə sisteminin təşkilatçıları universal lisenziyaya malik, müvafiq reyestrdə qeydiyyatdan keçmiş və iş üçün zəruri sistemə malik olan banklar olmalıdır. Xüsusilə, "Transparent Blockchain" xidmətindən istifadə etmək tövsiyə olunur. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar