Rusiya İstintaq Komitəsindən Telman İsmayılovun qardaşının həbsi barədə açıqlama
21.11.2016 621 0.0 0

İş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılov iki ay əvvəl Moskva ətrafında həbs olunub.

 

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yelena Fokina deyib.

 

O bildirib ki, hazırda araşdırma gedir.

 

“Mövzunun niyə məhz indi aktuallaşdığını anlamıram”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, R. İsmayılov iki iş adamının qətlində günahkar bilinir. Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, onun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar