Rusiya İstintaq Komitəsi: Saxlanılan şübhəlilərin Nemtsovun qətlinin təşkilinə və icrasına aidiyyəti var
07.03.2015 702 0.0 0

Rusiya İstintaq Komitəsi müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılmasına münasibət bildirib.
 
Xəbərə görə, bu barədə komitənin saytında açıqlama yerləşdirilib.
 
İstintaq Komitəsinin sözçüsü Vladimir Markin bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşev saxlanılıb: “İstintaqın məlumatına görə, onların qətlin təşkilinə və icrasına aidiyyəti var”.
 
Qeyd edək ki, Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfərin saxlanıldığını Rusiya FTX rəhbəri Aleksandr Bortnikov açıqlayıb. FTX rəhbəri bu barədə artıq prezident Vladimir Putinə məruzə olunduğunu söyləyib: "Cinayət işi üzrə araşdırmalar davam etdirilir".
 
Əlavə olaraq bildirək ki, fevralın 27-də gecə saat 23:40 radələrində Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsov Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar