Rusiya Federal Mühafizə Xidmətinin Qafqaz üzrə rəhbəri həbs olunub
26.11.2016 673 0.0 0

Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Mühafizə Xidmətinin Qafqaz üzrə rəhbəri, general Gennadiy Lopırev həbs edilib.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə,  Gennadiy Lopırev rüşvət almaqda şübhəli bilinir.

 

Mətbuata qapalı keçirilən məhkəmədə müstəntiqin vəsatəti təmin edilib. Gennadiy Lopırev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun vəkilləri  bildirib ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar