Rusiya Baş Qərargahı: Hələb vilayəti İŞİD terrorçularından tam azad edilib
21.08.2017 496 0.0 0

“Suriyanın Hələb vilayəti İŞİD terrorçularından tamamilə azad edilib”. 
  
“RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəhbəri Sergey Rudskoy deyib.

 

O bildirib ki, son bir neçə ay ərzində Suriya ərazisində köklü dəyişikliklər baş verib: “Rusiya Hava Kosmik Qüvvələrinin köməyi ilə Suriya hökumət qüvvələri ciddi uğurlar əldə edib və ölkənin mərkəzi hissəsində İŞİD-in iri qruplaşması ciddi məğlubiyyətə uğradılıb. Hələb vilayəti tamamilə terrorçulardan təmizlənib”. 
 
S. Rudskoy ümumilikdə 50 yaşayış məntəqəsi və 2,7 min kvadrat kilometrdən çox Suriya ərazisinin İŞİD-dən azad edildiyini vurğulayıb. O qeyd edib ki, avqust ayında Rusiya Hava Kosmik Qüvvələri münaqişə zonasında 990 döyüş uçuşu gerçəkləşdirib: “Terrorçuların düşərgə və hərbi bazalarına 2518 hava zərbəsi endirilib. Terror təşkilatının 40 ədəd zirehli hərbi texnikası, böyük kalibrli pulemyota malik 106 avtomobili və 800-ə yaxın döyüşçüsü məhv edilib”. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar