Rusiya Azərbaycandan pomidor ixracına qoyulan qadağanı ləğv edib
05.03.2022 283 0.0 0

Ölkəmizdən Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan danışıqlar nəticə verib.

Qazeta.info AQTA-ya istinadla xəbər verir ki, aparılan danışıqların məntiqi nəticəsi və Agentlik tərəfindən təsərrüfatlarda həyata keçirilmiş monitorinqlər, həmçinin məhsullardan götürülmüş nümunələrin laborator müəyinələri ilə bağlı təqdim olunmuş məlumatlara əsasən, mart ayının 5-dən etibarən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixraci ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.

AQTA bundan sonra da Rusiya Federasiyasının müvafiq qurumu ilə qarşılıqlı etimad şəraitində sıx əməkdaşlığı davam etdirəcəkdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar