Rusiya Azərbaycana bu ağır hərbi silahları satır
09.09.2015 807 0.0 0
Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana T-90C tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərir.

 

 TASS-a istinadən verilən xəbərə görə, bu barədə Rusiya Strateji Təhlil və Texnologiyalar Mərkəzi bildirib.

 

“Rosoboroneksport” şirkətinin baş direktorunun müavini İqor Sevastyanov isə Rusiya texnikası və silah-sursatına olan xarici sifariş portfelinin 12 milyard dolları keçdiyini bildirib.

 

Qeyd edək ki, bu gün Rusiyanı Nijni Taqil şəhərində “Russia Arms Expo-2015” silah-sursat və hərbi texnika sərgisi başlayıb. Sərginin təşkilatçıları 65 xarici nümayəndənin sərgiyə qatılacağını bildirib. Sərgidə T-14 tankları və BMP-15 də daxil olmaqla, Rusiya zirehli texnikasının ən yeni nümunələri nümayiş olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar