Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları qapalı olacaq
27.04.2017 719 0.0 0

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları ənənəvi olaraq qapalı keçiriləcək.

 

Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, sabahkı görüşün protokol hissəsi açıq olacaq: "Nazirlərin danışıqları təbii ki, medianın iştirakı olmadan keçiriləcək. Lakin bu o demək deyil ki, danışıqlar prosesində nəsə gizli saxlanılır. O ki qaldı nazirlərin daha sonra mətbuat konfransı keçirib-keçirməyəcəklərinə, bu barədə heç nə deyə bilmərəm. Yəqin nazirlər öz aralarında razılaşandan sonra müvafiq addım atılacaq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar