«Rusiya 60 saata Estoniya və Latviyanı tutar»
09.06.2016 959 0.0 0

Rusiya Riqanı və Tallini cəmi 60 saata tuta bilər. “The Weekly Standard” saytına istinadən verilən məlumata görə, Pentaqon Rusiya qoşunlarının Baltik ölkələrini işğal etmək üçün maksimum qeyd edilən zaman gərəkdiyini açıqlayıb. 

ABŞ-ın müdafiə naziri Maykl Karpenter deyib ki, Rusiya qoşunları Estoniyanın və Latviyanın paytaxtlarına yeridə bilər. 

Maykl Karpenter bu barədə Senatın beynəlxalq əlaqələr komitəsində RAND Corporation şirkətinin Pentaqonla birgə keçirilən təlimlərinin nəticələrinə əsasən açıqladığı hesabatla bağlı çıxışında bildirib. Hesabatda deyilirdi ki, əgər Rusiya Baltik ölkələrinə hücuma keçsə, cəmi iki sutkaya NATO-nun regiondakı hərbi qüvvələrini və həmin ölkələrin silahlı qüvvələrini darmadağın edəcək.


Nazirin sözlərinə görə, Rusiya Baltik ölkələrinə 2017-ci ilə qədər hücum edə bilər. 2017-ci ilin sonlarında Rusiyanın bu üstünlüyü minimuma enəcək, çünki alyans həmin vaxta qədər şərq cinahında zirehli tank briqadası yerləşdirəcək.

RAND şirkətinin mütəxəssisləri bildiriblər ki, NATO Baltik ölkələrini qorumaq imkanında deyil. Ən zəif nöqtələr isə Latviya və Estoniyadır. Hesabata əsasən, NATO Baltik ölkələrinin sürətli işğalının qarşısını almaq üçün regionda yeddi briqada, o cümlədən üç tank briqadası və bir aviasiya eskadrilyası yerləşdirməlidir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar