RUSİYAYA QARŞI SANKSİYALARIN MÜDDƏTİ UZADILA BİLƏR
28.01.2015 790 0.0 0
Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatmaq qərarına gəlib.

 

“Reuters”ə istinadən verdiyi məlumata görə, Aİ ölkələri xarici işlər nazirlərinin yanvarın 29-da keçiriləcək fövqəladə görüşündə mart ayından etibarən sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul olunacaq. Toplantıda Rusiyanın bir sıra fiziki və hüquqi şəxslərinə sanksiyaların tətbiqi haqda qərar veriləcəyi də gözlənilir.   

 

Xatırladaq ki, Avropa İttifaqı Krımın Rusiya tərəfindən ilhaqından sonra bu ölkəyə sanksiyalar tətbiq edib.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar