RUSİYA TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİ KRIM TELEVİZİYASINA BASQIN ETDİ
26.01.2015 713 0.0 0

Bu gün  Rusiya Təhlükəsizlik Xidməti günorta saatlarında Krım Tatar televiziyası ATR-yə basqın təşkil etdiyi, binada axtarış aparıdığı barədə məlumat yayılıb.

ATR rəbərinin köməkçisi Liliya Bucurovanın verdiyi açıqlamaya görə televiziya binasında 20-si silahlı olmaqla təxminən 50-yə  yaxın xüsusi təyinatlı polisinin daxil olduğunu bildirilib.

Daha sonra ,Bucurova televiziya işçilərinin bina içində olduğunu və aparılan axtarış ilə əlaqədar televiziya binasına kimsənin  buraxılmadığını bildirib.
 

Bucurovanın verdiyi məlumatda bildirilib ki,televiziyaya daxil olantəhlükəsizlik qüvvələrinin binadakı bütün otaqları axtaracağı və axtarış nəticəsində 26 Fevral 2014 tarixində Krım parlamenti qarşısında keçirilən mitinqə dair aparılmış çəkiliş və digər materialları müsadirə ediləcəyi bildirilib.

Xatırladaq ki ,məlumatda televiziyada aparılacaq axtarış ilə əlaqədar televiziya rəhbərliyini şifahi olaraq məlumatlandırıldığı bildirilir.
Məlumatada o da bildirilib ki, ATR televiziyasının yayımında heç bir problem yaranmayıb televiziya öz işini normal olaraq davam etdirir

Əlava olaraq bildirək ki, 26 Fevral 2014 tarixində Krım Tatarları Krımın Rusiya tərkibinə keçməsinə  etiraz etmək üçün parlament qarşısında mitinq keçirmişdi.

Rusiya meyilli qüvvələrdə eyni yerdə və eyni zamanda mitinq edərək Rusiyaya qoşulmaq mövzusundakı referendumu dəstəkləmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar