Rus bölməsi üçün Azərbaycan dilindən kecirilən imtahan nəticələri elan olunub
12.06.2017 620 0.0 0

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub.

Qazeta.info Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla bildirir ki, iyunun 11-də DİM Bakı, Naxçıvan şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” imtahanı keçirmişdir.

İmtahanın nəticələri iyunun 11-də DİM-in internet saytında yerləşdirilmişdir.  İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər. İmtahanda iştirakı nəzərdə tutulan 1813 abituriyentdən 259 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1554 abituriyentdən 1306 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.  Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar