Ruhani və Merkel nüvə sazişini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
25.09.2019 564 0.0 0

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani Almaniya kansleri Angela Merkel ilə görüşüb.

Bildirək ki, bu barədə məlumatı İran hökumətinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, tərəflər nüvə sazişini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Digər tərəfdən Almaniya ilə İran arasında əməkdaşlığın gücləndirilməsi, birgə hərtərəfli tədbirlər planı, bölgədə gərginliyin azaldılması üçün görüləcək tədbirlər və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.

Merkel və Ruhani arasındakı görüş, Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumların arxasında rəsmi Tehranın olması ilə bağlı irəli sürülən ittihamlar fonunda baş verib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar