Ruhani: `ABŞ təkbaşına İranın nüvə proqramı üzrə sövdələşməni ləğv edə bilməz`
13.10.2017 615 0.0 0

İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ 2015-ci ilin iyulunda Tehran və "altılıq" (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya) arasında imzalanmış İranın nüvə proqramı üzrə sazişi birtərəfli qaydada ləğv edə bilməz.

 

 

TASS-a istinadən xəbər verilir ki, o bu bəyanatla cümə günü İran televiziyasının efirində çıxış edib.

"Heç bir prezident BMT tərəfindən dəstəklənmiş beynəlxalq sazişi ləğv edə bilməz. Bu, İran və ABŞ arasında imzalanmış saziş deyil, onu pozmaq olmaz", - deyə Press TV Ruhaninin sözlərini sitat gətirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar