Rüfət Aslanlı: `Hər hansı bankın bağlanması gündəmdə deyil`
04.11.2016 643 0.0 0

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) gündəliyində bir və ya bir neçə bankın bağlanması kimi məsələlər yoxdur. Məlumata görə, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

 

"Bizim əsas məqsədimiz maliyyə sektorunun dayanıqlığını təmin etməkdir. Bu çərçivədə biz bir neçə bankın lisenziyasını geri çağırdıq, həmin banklarda yerləşdirilən qorunan əmanətlərin kompensasiya ödənişlərini apardıq. Əslində bu bankların lisenziyalarının geri çağırılması məqsəd deyildi. Bu qərardan öncə onların səhmdarları ilə yetişməyən kapitalın bərpa olunması ilə bağlı danışıqlar aparıldı. Təəssüf ki, səhmdarlar lazımi səviyyədə kapitallaşmanı təmin edə bilmədi. Bununla yanaşı, kapital çatışmazlığı olan bir neçə bank da var idi ki, onlar lazımi səviyyədə kapitallaşmanı təmin etdi. "Bank Standard" ayrıca bir nümunədir. Bilirsiniz ki, bu bankın sağlamlaşdırılması ilə bağlı bir neçə cəhd olundu. Amma bu cəhdlər uğursuz olduğuna görə, bankın lisenziyası geri çağırıldı. Bu bankda yerləşdirilən qorunan əmanətlərin kompensasiyası davam edir. Artıq təxminən 8600 əmanətçiyə 380 mln. manat həcmində kompensasiya ödənilib", - deyə R. Aslanlı bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar