Rubl dəyərdən düşür
24.08.2015 617 0.0 0

Rusiya bankı dollar kursunu maksimum həddə qaldırıb.

Məlumata görə, Russiya bankı avqustun 25-nə dolların rəsmi kursunu 70,75 rubl təyin edib. Bu isə avqustun 21-nə olan göstəricidən 2,6 rubl yuxarıdı. Avronun kursu isə 81 rubldan yuxarı olub. Dolların məzənnəsi 1998-ci ildən maksimum həddi yeniləyib, əvvəlki rekord 2015-ci fevralın 3-də müəyyən olunub.

Rublun qiymətinin düşməsinin əsas səbəbi dünya bazarlarında neftin qiymətinin azalması ilə bağlıdır. Bu gün Brent markalı neftin qiyməti bir barel üçün 45 dollardan aşağı olub. Bundan başqa, eskpertlər qeyd edir ki, inkişaf etməkdə olan bütün ölkələrin valyutaları kimi, rubl da bazarda təzyiqlərlə üzləşir. Qərbin tətbiq etdiyi sanksiyalar , rublun kursuna təsir göstərir. Belə ki, Rusiya şirkətləri xarici kreditorlardan borc ala bilmir.

Bloomberg qiymətinə əsasən, son 12 ayda rublun qiyməti 46% enib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar