Rövşən Lənkəranski belə həbs olunmuşdu - NADİR ARXİV VİDEOSU
24.04.2017 2342 0.0 0

Azərbaycanın ən məşhur "qanuni oğru"larından biri, mərhum Rövşən Canıyevin ("Rövşən Lənkəranski") Ukraynada həbs olunduğu anların əks olunduğu və indiyədək heç bir yerdə nümayiş olunmamış video yayılıb.

Milli.Az CrimePrime-a istinadən bildirir ki, videonun 2015-ci ilədək, Ukraynada DİN islahatları aparılaraq milisin polisə çevrildiyi zamanadək çəkildiyi aydındır.

Ukraynalı milislərin R.Canıyevlə nə danışdıqları bəlli deyil. Lakin biləklərində qandal olmasına rəğmən, R.Canıyevin soyuqqanlı davrandığı aşkar görünür.

R.Canıyev 2016-cı ilin avqustun 18-də İstanbulda güllələnərək qətlə yetirilib.

O, "Ded Xasan" kimi tanınan "oğru"nun qətlinin sifarişçisi və təşkilatçısı hesab olunurdu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar