Rövnəq Abdullayev: Yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik
06.04.2018 967 0.0 0

"Neftçilərimiz “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatının sabit saxlanılması, qaz hasilatının isə artırılması əzmindədirlər. Yeni yataqların işlənməsi ilə bağlı artıq bir çox mühüm qərarlar verilib".

 

Məlumata görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə,  Abşeron yatağında Total şirkəti ilə birgə işlərə start verilib, “Ümid” yatağının işlənməsinə başlanılıb.

 

R.Abdullayev bildirib ki, "Qarabağ” neft-qaz yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə başlanıb: "SOCAR artıq öz imkanları ilə 6 min metrdən artıq dərinlikdə anomal yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazmasını uğurla həyata keçirir. Düşünürəm ki, yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar