Rosoboroneksport: Türkiyəyə S-400 kompleksinin satışına dair müqavilə hələ qüvvəyə minməyib
22.08.2017 593 0.0 0

"S-400 zenit-raket kompleksinin Türkiyəyə satılması ilə bağlı müqavilə hazırdır, lakin hələ qüvvəyə minməyib".

 

"RİA Novosti"yə istinadən verilən məlumata görə, bu sözləri “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixiyev deyib. O bildirib ki, sənəd imzalansa da, bu istiqamətdə iş davam etdirilir və yalnız texniki məsələlər qalıb.

 

Qeyd edək ki, Rusiyaya məxsus uzaq və yaxın mənzilli S-400 zenit-raket kompleksi müasir və perspektivli bütün hava-kosmos hücum vasitələrinin məhvi üçün nəzərdə tutulub. Onun ixrac variantı “Triumf” adlanır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar