Ronaldu qol sayında görə dünya rekordu qırıb- Video
13.03.2022 217 0.0 0

İngiltərənin "Mançester Yunayted" klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu avstriyalı və keçmiş çexoslovakiyalı Yozef Bitsanın qol sayında rekordunu yeniləyib. 

Bildirək ki, 37 yaşlı hücumçu Premyer Liqanın XXIX turunda "Tottenhem"ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada het-trik edib.

İndi Ronaldunun aktivində klub və yığma səviyyəsində 807 qol var. Bitsan isə 805 top vurmağa müvəffəq olub. Bura II Dünya müharibəsi illərində şəhər çempionatındakı qolları da daxildir. Lakin Çexiya Futbol Assosiasiyası Bitsanın rəsmi matçlarda 821 dəfə fərqləndiyini iddia edir. 

Ronaldu “Mançester Yunayted”ə 2021-ci ilin yayında İtaliya "Yuventus"undan 15 milyon avroya qayıdıb. O cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Ronaldu Çempionlar Liqasında 6 oyuna 6 qol vurub. 2020-ci il Avropa çempionatında o, 4 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Təcrübəli forvardın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır. 

“Mançester Yunayted” 29 oyundan sonra 50 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir./report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar