Ronaldu İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib
23.06.2017 743 0.0 0

“Real” (Madrid) futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu  İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib.   

 

“Marca”ya istinadən verilən xəbərə görə, 32 yaşlı futbolçu iyulun 31-də öz mövqeyini məhkəmə qarşısında izah etmək niyyətindədir.  Ronaldunun proseslə əlaqədar artıq “Baker & McKenzie” beynəlxalq hüquq şirkətinin iki vəkili ilə müqavilə bağladığı bildirilir.  

 

Qeyd edək ki, K.Ronaldu 2011-2014-cü illərdə İspaniyanın dövlət qurumlarına 14,7 mln. avro vergidən yayınmaqda şübhəli bilinir. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar