Ronaldu `Roma` ilə matçda rəqib komandanın müdafiəçisi Florensini ələ salıb
13.05.2019 763 0.0 0

Futbol üzrə İtaliya A seriyasının 36-cı turunun matçında "Roma"nın müdafiəçisi Alessandro Florensi ilə "Yuventus"un hücumçusu Kriştianu Ronaldu arasında qarşıdurma yaranıb.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, hadisə görüşün 59-cu dəqiqəsində baş verib.

Belə ki, deyişmə zamanı portuqaliyalı hücumçusu jestlə rəqibinin susmasına işarə edib. Ronaldu rəqibini onun boyunun kiçik olması ilə ələ salıb.

Qeyd edək ki, portuqaliyalının boyu italiyalı rəqibindən 14 santimetr ucadır. Ronaldunun boyu 187 santimetr, Florensinin boyu isə 173 santimetrdir.

Ronaldu indiki mövsümdə "Yuventus"un heyətində 41 matç oynayıb. O, 28 top vurub və 13 məhsuladr ötürmə edib. Klub səviyyəsində Florensinin hesabında 36 matç, 3 qol və 3 ötürmə var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar