Ronaldo dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb
01.02.2022 351 0.0 0

Braziliya millisinin sabiq futbolçusu Ronaldo hazırda karyerasını davam etdirən dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb.

Məlumata görə, veteran hücumçu "Football Italia" nəşrinə açıqlamasında İspaniya "Real Madrid"ində çıxış edən Kərim Benzemanı fərqləndirib.

O, ikinci yerə isə Almaniya "Bavariya"sından Robert Levandovskini layiq görüb: "Erlinq Holann gələcəkdə ən yaxşı olacaq. Amma hazırda Benzema və Levandovski ondan güclüdürlər. Kilian Mbappe də yaxşı hücumçudur".

Qeyd edək ki, peşəkar karyerasını 2011-ci ildə başa vurmuş Ronaldo bunadək ölkəsinin "Kruzeyro", "Korintians", Fransanın PSV, İspaniyanın "Barselona", "Real Madrid", həmçinin İtaliyanın "İnter" və "Milan" klublarının formasını geyinib. Tanınmış futbolçu eyni zamanda ikiqat dünya çempionudur./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar