Roma Papasının Azərbaycana səfər proqramı açıqlanıb
11.07.2016 576 0

Roma Papası Fransiskin Azərbaycana səfər proqramı açıqlanıb.
Vatikanın saytına istinadən verilən xəbərə görə, Papa oktyabrın 2-də Gürcüstandan Azərbaycana gələcək.
Rəsmi qarşılanmadan sonra Papa Müqəddəs Məryəm Katolik kilsəsinə gedəcək.
Papa Fransiskin Azərbaycan prezidenti İlham Əliyev, hakimiyyət nümayəndələri və Heydər məscidində bütün Qafqazın şeyxi ilə təkbətək, habelə pravoslav kilsəsi və yerli yəhudi icması ilə görüşü planlaşdırılır./apa/
Digər xəbərlər:
Şərhlər