Tarix: 07.12.2016,   Saat: 12:35, Çərşənbə.          

Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına pastoral səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiski qarşıladıqdan sonra Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səslənib.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Roma Papası Fransiskə, Müqəddəs Taxt-Tacın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Roma Papası Fransiskin qarşısından keçib.

Daha sonr, Prezident İlham Əliyev və Roma Papası Fransisk rəsmi foto çəkdirdilər.

 

 

 

 



  Bölmə: Manşet | Baxış sayı: 325 | Tarix: 02.10.2016, 21:16


Xəbərlər