Roma Papası Ermənistanda
24.06.2016 754 0.0 0

Katolik dünyasının dini lideri Papanın Ermənistana səfəri başlayıb. Məlumata görə, papanı gətirən təyyarə İrəvanın "Zvartnots" hava limanına enib.  
Papa Fransiskin rəsmi qarşılanma mərasimi olub. Onu qarşılamaq üçün hava limanına Serj Sarkisyan, onun həyat yoldaşı, XİN rəhbəri Edvard Nalbandyan və bütün erməniərin katalikosu II Qaragen də gəlib.

Ermənilər Papaya hava limanında lavaş və ərik təqdim ediblər.

Roma Papası səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və erməni katalikosu ikinci Qaragenlə görüşəcək.  Papa İrəvandakı proqramını başa vurduqdan sonra Gümrü şəhərinə yola düşəcək. Fransisk Ararat dağına tərəf göyərçin uçuracaq. 

Papa bu il sentyabrın sonu, oktyabrın əvvəllərində Azərbaycan və Gürcüstana da səfər edəcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar