Roma papası: ABŞ və KXDR arasında hərbi münaqişə bəşəriyyətin böyük hissəsini məhv edəcək
01.05.2017 777 0.0 0

Roma papası Fransisk ABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə münasibətlərdə gərginliyin böyük silahlı münaqişəyə çevrilə biləcəyinə dair sözlərinə münasibət bildirib.

Məlumata görə, bu barədə "The Hill" nəşri yazıb.

"Mən onları problemlərini diplomatik yolla həll etməyə çağırıram və bununla bağlı müraciət də edəcəyəm", - deyə papa Misirdən qayıdarkən təyyarədə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, münaqişənin gərginləşməsi "bəşəriyyətin və dünya mədəniyyətinin böyük hissəsinin məhvinə" səbəb ola bilər:

"Söhbət bəşəriyyətin gələcəyindən gedir. Hazırda böyük müharibə deməzdim ki, bəşəriyyətin yarısını, lakin böyük hissəsini və hər yerdə dünya mədəniyyətini məhv edərdi. Bu dəhşətli olardı. Düşünmürəm ki, bu gün bəşəriyyət belə bir müharibəyə davam gətirsin".

O, iki ölkə arasındakı münasibətlərin "olduqca közərdiyini" bildirib və BMT-ni belə məsələlərdə öz əhəmiyyətini bərpa etməyə çağırıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar