Restoranlarda menyunun olmaması müştəri hüquqlarının pozulmasıdır - Assosiasiya
29.04.2022 199 0.0 0

Sosial şəbəkələrdə tez-tez rast gəlirik ki, müştəridən restoranda menyuda yazılan qiymətdən ya çox ödəniş alınır, ya da ki menyu olmur.

Bununla bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, belə hallar yaşansa da bu kütləvi deyil.

Assosiasiya rəhbəri deyib ki, bu qiymətləri bazar özü tənzimləyir.

 

 

"Restoranlarda bahalıqdan şikayət edənlərlə yanaşı qiymətlərdən narazı olmayanlar da var. Baha qiymətlər təklif edən restoranların müştəriləri kifayət qədərdir. Biz Assosiasiya olaraq restoranlara öz fikirlərimizi bildiririk ki, yerli və xarici müştərilərə hesabda artıq pul yazmasınlar. Bundan başqa restoranlarda menyuların olması mütləqdir. Amma bütün restoranlar təəssüf ki, buna riayət etmir. Bu da restorana gələn müştərinin hüquqlarının pozulmasıdır. Restoranlara gedərkən mütləq menyu tələb edin", - deyə S.Dübəndi bildirib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar